SON DƏQİQƏ

Kim Çen In Sinqapurda Trampla görüşəcək

Tarix:

10-06-2018, 14:06

/ 10 408 dəfə oxundu.
Kim Çen In Sinqapurda Trampla görüşəcək

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla görüşmək üçün Sinqapura gedib.

Gunaz.az xəbər verir ki, bu barədə Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan öz "Twitter" hesabında yazıb.

Balakrişnan bildirib: "Biz elə indi Sinqapura çatan Kim Çen Inı qarşılayırıq".

ABŞ prezidenti Donald Trampın təyyarəsinin isə gün ərzində Sinqapura çatması gözlənilir.

Bildirək ki, iki ölkə liderinin görüşü iyunun 12-si Sentosa adasındakı "Capella" otelində baş tutacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ