SON DƏQİQƏ
» » Qvatemalada vulkan faciəsi: 75 nəfər ölüb, 192 nəfər itkindir-FOTO

Qvatemalada vulkan faciəsi: 75 nəfər ölüb, 192 nəfər itkindir-FOTO

Tarix:

6-06-2018, 11:33

/ 10 403 dəfə oxundu.
Qvatemalada vulkan faciəsi: 75 nəfər ölüb, 192 nəfər itkindir-FOTO

Qvatemalada bazar günü püskürən "Fueqo" vulkanı nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb.
Gunaz.az BBC-yə istinadən xəbər verir ki, 192 nəfər isə hələ də itkindir. Vulkan bu günə qədər 1,7 milyon insana təsir edib, 3 mindən çox insan isə evakuasiya olunub.
Yanardağın külü 10 km-ə qədər yüksəlib, ətraf ərazilər kül altında qalıb. Son günlərdə vulkanda yeni püskürmə qeydə alınmayıb. 
Vulkan nəticəsində bu qədər çox insanın zərər görməsinə səbəb püskürmədən əvvəl heç bir xəbərdarlığın edilməməsi olub. 
Axtarış-xilasetmə tədbirləri hələ də davam etdirilir.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ