SON DƏQİQƏ
» » Sakit okeanı üzərək keçəcək - Dünyada bir ilk

Sakit okeanı üzərək keçəcək - Dünyada bir ilk

Tarix:

5-06-2018, 15:09

/ 10 321 dəfə oxundu.
Sakit okeanı üzərək keçəcək - Dünyada bir ilk

Fransalı üzgüçü Ben Lekomte Sakit okeanı üzərək keçən ilk insan olmaq istəyir.

Gunaz.az  xəbər verir ki, Ben Yaponiyadan artıq marafona başlayıb. 

51 yaşlı üzgümü ABŞ-ın qərb sahillərinə çatana qədər 6 aydan çox müddət ərzində hər gün 8 saatını suda keçirəcək. Fransızı səfər əsnasında köpək balıqları, suitilər, fırtına, soyuq okean suyu kimi çətinliklər gözləyir.

Bir qrup alim isə 9 min km-lik səfər əsnasında ağır idman hərəkətlərinin ürəyə təsiri, plastik zibil və Fukuşima nüvə fəlakətinin okeana vurduğu ziyanı araşdıracaq.

ABŞ-da yaşayan Lekomte hədəfi üçün hər gün açıq havada saatlarla idman edib və özünü hazırlayıb.

Qeyd edək ki, fransız üzgüçü 1998-ci ildə 73 günə 6 min 400 km üzərək Atlantik okeanını keçmişdi.

скачать dle 12.1

Şərhlər