SON DƏQİQƏ

Rusiya İngiltərədən üzr tələb etdi

Tarix:

27-05-2018, 19:38

/ 10 239 dəfə oxundu.
Rusiya İngiltərədən üzr tələb etdi

Böyük Britaniya “Solsberidə baş vermiş hadisədə əsaslandırılmamış ittihamlara görə” Rusiyadan üzr istəməlidir.

Gunaz.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiyanın Londondakı Səfirliyinin mətbuat katibi bəyan edib:

“А-234 məhlulu bir çox Qərb ölkələrində istehsal olunur. Artıq rəsmi məlumatlara əsasən, İngiltərənin ittihamları əsassızdır”.

Diplomatik Nümayəndəlikdən bildirilib ki, Rusiyaya qarşı irəli sürülmüş ittihamalara hüquq-mühafizə orqanları vasitəsilə cavab verməyin vaxtı çatıb.

скачать dle 12.1

Şərhlər