SON DƏQİQƏ

Ermənistan ucuz qaz axtarır

Tarix:

26-05-2018, 09:30

/ 10 285 dəfə oxundu.
Ermənistan ucuz qaz axtarır

“İran Ermənistana təbii qazın min kubmetrini 165 dollara satır”.

Gunaz.az bildirir ki, bunu ölkənin energetika və təbii ehtiyatlar naziri Artur Qriqoryan bildirib.

Onun sözlərinə görə, Rusiya təbii qazının min kubmetri isə rəsmi Yerevana 150 dollara başa gəlir: "Bundan başqa, Qazprom Ermənistan ərazisində 27-28 milyon dollar məbləğində investisiya proqramını həyata keçirir. Ancaq bu o demək deyil ki, müzakirələr aparılmayacaq. İranla bu istiqamətdə danışıqlar davam edəcək. Ermənistan daha ucuz qiymətə təbii qaz mənbələri axtaracaq”.

Qeyd edək ki, rəsmən açıqlanmasa da, Türkiyə KİV-in məlumatına görə, ölkə İran qazının hər min kubmetri üçün 490 dollar ödəyir.

скачать dle 12.1

Şərhlər