SON DƏQİQƏ

İŞİD-in beş başçısı yaxalandı

Tarix:

10-05-2018, 20:52

/ 10 267 dəfə oxundu.
İŞİD-in beş başçısı yaxalandı

ABŞ xüsusi xidmət orqanları İŞİD qruplaşmasının ən çox axtarılan beş başçısını yaxalayıb.

Gunaz.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz Tvitter səhifəsində açıqlayıb.

Mayın 9-da “The New York Times” qəzeti məlumatlı mənbəyə istinadən dörd İraq və bir Suriya vətəndaşından ibarət beş İŞİD liderinin ələ keçdiyi xəbərini yaymışdı.

Mənbənin məlumatına görə, ABŞ və İraq xüsusi xidmət orqanları tərəfindən aparılan və onların həbs olunması ilə yekunlaşan əməliyyat üç aya yaxın davam edib.

Terrorçu başçıların kimlikləri hələlik açıqlanmır.

скачать dle 12.1

Şərhlər