
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Metropolis” ticarət mərkəzində partlayış təhlükəsi yaşanıb.
Gunaz.az-ın məlumatına görə, bununla bağlı mərkəzə xəbərdarlıq mesajı daxil olub. Nəticədə orada olan insanlar təxliyə edilib. Araşdırma davam etdirilir. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, Rusiyada daha əvvəl Kemerovo vilayətində “Qış albalısı” ticarət və əyləncə mərkəzində baş verən yanğından sonra təhlükəsizlik tədbirləri gücləndirilib. Həmin faciə 60 nəfərin həyatına son qoyub.