ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 2,2 milyon barrel (0,5 faiz) azalaraq 433,8 milyon barrel olub.
Gunaz.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 200 min barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 6,2 milyon barrel çoxalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə 700 min barrel (0,1 faiz) azalaraq 663,6 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları ötən hesabat həftəsində 2,2 milyon barrel (0,9 faiz) azalaraq 235, milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 400 min barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,2 milyon barrel artmışdı.