SON DƏQİQƏ
» » Pakistan daxili işlər naziri sui-qəsd zamanı yaralandı

Pakistan daxili işlər naziri sui-qəsd zamanı yaralandı

Tarix:

6-05-2018, 19:22

/ 10 301 dəfə oxundu.
Pakistan daxili işlər naziri sui-qəsd zamanı yaralandı

Bu gün Pakistan daxili işlər naziri Axsan İkbal Pəncab vilayətinin Naroval şəhərində sui-qəsdə məruz qalıb, güllə yarası alıb.

Gunaz.az Apa-ya istinadən xəbər verir ki, Bu barədə “Geo TV” telekanalı məlumat yayıb.

Hadisə şəhərdə keçirilən mitinq zamanı baş verib. Daxili işlər naziri avtomobilində olarkən 20-22 yaşlı gənc yaxınlaşıb və atəş açıb. Güllə A. İkbalın sağ çiyninə dəyib və nazir xəstəxanaya yerləşdirilib. A. İkbalın həyatı üçün təhlükə yoxdur.

Daxili işlər nazirinə atəş açan şəxs saxlanılıb. Hadisənin motivi barədə məlumat verilmir. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ