SON DƏQİQƏ
» » Polşada mədəndə partlayış baş verib: ölən var

Polşada mədəndə partlayış baş verib: ölən var

Tarix:

6-05-2018, 15:44

/ 10 338 dəfə oxundu.
Polşada mədəndə partlayış baş verib: ölən var

Polşada mədəndə baş verən partlayış nəticəsində bir nəfər ölüb.

Gunaz.az Trend-ə istinadən bildirir ki, hadisə ölkənin cənubunda baş verib.

Yastemj kömür şirkətinin başçısı Daniel Ozon bildirib: "Sofiyevka mədənində şənbə günü səhər güclü partlayış baş verib. Partlayışın gücü, mədənçilərin məlumatına görə, rixter şkalası üzrə 4 bala bərabər olub. Partlayış anında mədəndə təxmini 250 nəfər olub".

Onun sözlərinə görə, təxliyədən sonra 7 nəfər itkin düşüb. O qeyd edib ki, həlak olan mədənçinin 38 yaşı olub: "Xilasetmə əməliyyatı havada metan qazının yüksək konsentrasiyasına görə çətinləşib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ