SON DƏQİQƏ
» » ABŞ-da neft zavodunda partlayış — 20 nəfər yaralı var

ABŞ-da neft zavodunda partlayış — 20 nəfər yaralı var

Tarix:

27-04-2018, 08:00

/ 10 529 dəfə oxundu.
ABŞ-da neft zavodunda partlayış — 20 nəfər yaralı var

ABŞ-ın Viskonsin ştatında neft emalı zavodunda partlayış baş verib.

Gunaz.az "Ria Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində təqribən 20 nəfər xəsarət alıb.

Süpirior şəhərinin yanğın xidmətinin rəisi Stiv Pancerin sözlərinə görə, ehtimal ki, ya xam neft, ya da bitum olan kiçik bir konteyner partlayıb.

Partlayışdan sonra yanğın baş verib. Heyət üzvləri təxliyyə olunub. Yanğını əvvəlcə nəzarətə götürmək mümkün olub, lakin sonradan o, yenidən alovlanıb.

Məlumata görə, xəstəxanalara 5 nəfər yerləşdirilib, ölən yoxdur.

Şəhər polisi öz "Twitter" səhifəsində bildirib ki, zavodun bir mil radiusunda yaşayan insanların köçürülməsinə başlanıb.

Ən son məlumata görə, səlahiyyətlilər evakuasiya bölgəsini genişləndirirlər.

скачать dle 12.1

Şərhlər