SON DƏQİQƏ

Moskva aeroportlarında yeni qadağalar

Tarix:

27-04-2018, 14:23

/ 10 260 dəfə oxundu.
Moskva aeroportlarında yeni qadağalar

Moskva vilayət duması hava limanlarında davranış qaydaları ilə bağlı yeni regional məcəllə qəbul edib.

Gunaz.az xəbər verir ki, yeni qaydalara əsasən Moskva vilayətinin Domodedovo, Şeremetyevo və Jukovski aeroportlarında zibilləmə, keçidlərdə maneə yaratma, eskalatordan istifadə qaydalarının pozulması, eləcə də qulaqcıqsız musiqiyə qulaq asmağa görə cərimələr tətbiq olunur.

Bundan başqa, oturacaq, kreslo və skamyalarda uzanmaq, yerdə oturmaq və baqajı oturacaqlara qoymaq da qayda pozuntusu hesab olunacaq.

Yeni qaydalara əsasən, hava limanı ərazisində heyvanların üzərində, velosiped, skuter və digər nəqliyyat vasitələrində hərəkət etmək qadağan olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ