SON DƏQİQƏ
» » Rusiya BMT-nin təcili toplantısını çağırdı

Rusiya BMT-nin təcili toplantısını çağırdı

Tarix:

14-04-2018, 12:03

/ 10 238 dəfə oxundu.
Rusiya BMT-nin təcili toplantısını çağırdı

Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Gunaz.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın bu qərarı verməsində səbəb ABŞ, İngiltərə və Fransanın Suriyaya raket zərbələri endirməsidir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyaya kimyəvi hücumla bağlı bəyanat verib. Bu gün ABŞ, İngiltərə və Fransa Suriyaya 100-dən çox qanadlı raket atıb. Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr Qırmızı və Aralıq dənizlərinin akvatoriyaların, həmçinin Et-Tanf aerodromundan endirilib. Nazirliyin məlumatına görə, raketlərin çoxu hədəfinə çatmadan zərərsizləşdirilirb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ