SON DƏQİQƏ
» » 300 illik krallıq cəvahiri satışa çıxarılır

300 illik krallıq cəvahiri satışa çıxarılır

Tarix:

12-04-2018, 14:45

/ 10 265 dəfə oxundu.
300 illik krallıq cəvahiri satışa çıxarılır

Avropanın kral ailələri arasında əl dəyişdirən mavi qaş 300 il sonra ilk dəfə hərraca çıxarılaraq satılacaq.

Gunaz.az məlumat verir ki, qaşın qiyməti 5,27 milyon dollardır, ölçüsü 6,16 karatdır. Cəvahir 15 mayda hərraca çıxarılacaq.

Hindistandakı "Golcondo” mədənindən tapılan mavi qaş 1715-ci ildə İtaliyada doöulan İspaniya kraliçası Elizabet Farneseyə kral V Filiplə evlənərkən toy hədiyyəsi olaraq verilib.

Kraliçanın nəvələrinin Avropa içindəki izdivacları ilə qaş İspaniyadan Fransaya, İtaliyaya, Avstiyaya yeddi nəsil əl dəyişdirib.

Qaş II Çarlzın qalstuk iynəsi və Mariya Antuanettanın tacının ən dəyərli elementi olub.

İndi kraliçanın nəvələri qaşı Cenevrə şəhərindəki bir auksionda satmaq istəyirlər.

Mavi qaş auksiondan əvvəl London, Nyu-York, Sinqapur, Taypey və Cenevrədə sərgilənəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ