SON DƏQİQƏ
» » Bu ölkə rus diplomatları deportasiya etməkdən imtina etdi

Bu ölkə rus diplomatları deportasiya etməkdən imtina etdi

Tarix:

5-04-2018, 11:06

/ 10 225 dəfə oxundu.
Bu ölkə rus diplomatları deportasiya etməkdən imtina etdi

Rəsmi Vyana rus diplomatları deportasiya etməkdən imtina edib.

Gunaz.az xəbər verir ki, Avstriyanın kansleri Sebastyan Kurts bu barədə açıqlama verib. Kurts bildirib ki, Rusiya ilə yaxşı münasibətləri qorumaq üçün belə bir addım atıb.

“Avropa İttifaqı ölkələrinin üçdə biri rus diplomatları qovmadı. Biz də onların arasındayıq. Biz neytral ölkəyik. BMT və ATƏT kimi beynəlxalq təşkilatların mənzil qərargahlarına sahib ölkəyik”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, Avstriyanın XİN rəhbəri də bir müddət açıqlama verərək, Rusiya ilə münasibətləri qorumaq üçün diplomatları deportasiya etməyəcəklərini bildirmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ