SON DƏQİQƏ

Emmanuel Makron Rusiyaya səfər edəcək

Tarix:

29-03-2018, 11:19

/ 10 341 dəfə oxundu.
Emmanuel Makron Rusiyaya səfər edəcək

Fransa XİN rəhbəri Jan-İv Le Drian Emmanuel Makronun may ayında Rusiyaya səfər edəcəyini təsdiqləyib.

Gunaz.az bildirir ki, bu barədə "RİA Novosti” xəbər verir. 
"Hazırda belə bir səfər gözlənilir”, - deyə Le Drian "RTL " radiostansiyasında "Skripal işi” üzrə qalmaqaldan sonra Makronun Moskvaya səfəri barədə sualı cavablandırarkən bildirir. 

Qeyd edək ki, NATO üzvü olan 25-dən çox ölkə "Skripal işi” ilə bağlı rusiyalı diplomatları deportasiya edəcək. Eyni zamanda "Skripal işi”nə görə Rusiyanın 7 diplomatı "arzuolunmaz şəxs” elan ediləcək və Rusiyanın NATO-dakı missiyasının tərkibi isə 30 nəfərdən 20 nəfərə endiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ