SON DƏQİQƏ

Qaqarinin ölümünün səbəbi məlum oldu

Tarix:

28-03-2018, 14:55

/ 10 292 dəfə oxundu.
Qaqarinin ölümünün səbəbi məlum oldu

Yer kürəsinin birinci kosmonavtı Yuri Qaqarinin ölümünün təfərrüatları məlum olub.

Gunaz.az məlumat verir ki, Y.Qaqarinin həlak olduğu qəzanı araşdıran komissiyanın üzvü, texniki elmləri doktoru Sergey Mironovun sözlərinə görə, qəzaya dispetçerin səhvi, yəni yerdən verilən səhv komanda səbəb olub.

Mütəxəssis hesab edir ki, təlimatçı Vladimir Seryoginlə birgə uçuş keçirən Yuri Qaqarin tapşırığın birini yerinə yetirdikdən sonra kursun dəyişməsi üçün icazə istəyib. Dispetçerin icazəsindən sonra Y.Qaqarinin təyyarəsi qismən aşağı enərək hədəflə toqquşub.

Mironov qeyd edir ki, qəzanın araşdırılmasının gedişatında mütəxəssislər faciə dəqiqəsində radarı izləyən dispetçerin kimliyini müəyyən edə bilməyiblər.

Qeyd edək ki, 1961-ci il aprelin 12-si dünya tarixinə kosmosun fəthi günü kimi daxil olub. Həmin gün ilk insan kosmosa uçub. Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edən ilk insan olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ