SON DƏQİQƏ

Türkmənistanda parlament seçkiləri keçirilir

Tarix:

25-03-2018, 17:13

/ 10 249 dəfə oxundu.
Türkmənistanda parlament seçkiləri keçirilir

Bu gün Türkmənistanda parlament seçkiləri keçirilir.

Gunaz.az xəbər verir ki, səsvermənin başa çatmasına 4 saat qalmış seçicilərin 77 faizi səs verib.

Məclisdə 125 yer uğrunda 284 namizəd mübarizə aparır. Namizədlərdən 168-ı partiyalar, 116-ı vətəndaş qrupları tərəfindən irəli sürülüb. Deputatlığa namizədlər arasında ən məşhuru Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu 36 yaşlı Sərdar Berdıməhəmmədovdur. Ekspertlər S. Berdıməhəmmədovun parlament sədri seçilməsi şansını yüksək qiymətləndirir.

Seçkiləri ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Şanxay Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, 140 xarici, o cümlədən 4 mindən çox yerli müşahidəçi izləyir.

скачать dle 12.1

Şərhlər