SON DƏQİQƏ

Trmupdan ölüm cəzası təklifi

Tarix:

19-03-2018, 14:44

/ 10 284 dəfə oxundu.
Trmupdan ölüm cəzası təklifi

Bu gün Birləşmiş Ştatların prezidenti Donald Tramp ölkəni bürüyən opioid böhranı ilə mübarizə planını təqdim edəcək.

Gunaz.az -a “Reuters” agentliyinə istinadən xəbərinə görə, Ağ Ev Şurasının daxili siyasət üzrə direktoru Endryu Bremberq bu barədə jurnalistlərə məlumat verib.

Sənəddə digər məsələlərlə yanaşı, narkotik maddə alverçiləri üçün ölüm cəzasını tətbiq etmək təklifi də nəzərdə tutulub.

“Ədliyyə Nazirliyi mövcud qanunvericiliyə uyğun olaraq narkotik maddə alverçiləri üçün ölüm cəzasının tətbiq edilməsinə nail olmağa çalışacaqlar”, – deyə Tramp bildirib.

Lakin, o, konkret nümunələr göstərməyib.

Mübarizənin bir başqa məqsədi də üç il içində narkotik maddələrin reseptlə verilməsini üç dəfə azaltmaq olacaq.

2017-ci il dekabr ayının 1-də Tramp üçüncü rüb üçün olan maaşını opioid böhranı ilə mübarizə üçün bağışlayıb. Oktyabr ayında narkotik istifadəsinin yayılmasına görə səhiyyədə fövqəladə vəziyyət elan edib.

Ötən il ABŞ-da yüksək dozadan 64 min nəfər həlak olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ