SON DƏQİQƏ

Məşhur alimin son araşdırması üzə çıxdı

Tarix:

19-03-2018, 11:12

/ 10 257 dəfə oxundu.
Məşhur alimin son araşdırması üzə çıxdı

Ötən həftə dünyasını dəyişən məşhur alim Stiven Hokinqin ölmədən 2 həftə əvvəl çox önəmli bir araşdırmaya imza atdığı məlum olub.

Gunaz.az xəbər verir ki,  Hokinq və komandası Böyük Partlayış teoriyasının davamı olaraq tanınan bir teoriya haqqında araşdırma apararaq paralel dünyalar üzərində tədqiqatlar aparıblar.

Hokinq 4 mart tarixində “A Smooth Exit from Eternal İnflation” adlı məqalə yazıb. Məqalə hələ yayımlanmayıb.  Amma tədqiqat başqa planetlər və dünyalar haqqındadır.

Araşdırmanı Hokinq ilə birlikdə yazan fizika professoru Tomas Hertoq deyib: 
“Bu məqalədə məqsədimiz bir çox kainat teoriyasına elmi bir çərçivə yaratmaqdır. Hokinq ilə bu məqalə üzərində çalışmaq üçün görüşdük və sonuncu dəfə məqaləni təslim etmədən əvvəl görüşmüşdük”.

скачать dle 12.1

Şərhlər