SON DƏQİQƏ

Səfirliyə hücum baş verib

Tarix:

12-03-2018, 12:16

/ 10 290 dəfə oxundu.
Səfirliyə hücum baş verib

Avstriyanın paytaxtı Viyanada İranın Viyana Səfirliyinin iqamətgahını qoruyan əsgərə bıçaqla hücum edən bir adam, keşikçi əsgər tərəfindən vurularaq öldürülüb.
Gunaz.az xarici mediadan istinadən xəbər verir ki, Viyana polis sözçüsü Harald Sörös, mətbuata verdiyi açıqlamada, gecə gec saatlarında 26 yaşlı bir Avstriya vətəndaşının, İran səfirliyi iqamətgahını qorumaqla vəzifəli olan əsgərə bıçaqla hücum etdiyini və əsgərin təcavüzkarı tapançayla vuraraq öldürdüyünü bildirib.

Müdafiə Nazirliyinin Sözçüsü Michael Bauer də əsgər hücum edən şəxsi dayandırmaq üçün əvvəl bibər qazı istifadə etdiyini, bıçaqlı şəxsi dayandıra bilmədiyindən əsgər silahından istifadə etmək məcburiyyətində qaldığını ifadə edib.

Açıqlamada, keşikçi əsgərin bıçaqlı hücumda yaralandığı, bu hadisənin nə üçün baş verdiyi hələlik bilinmədiyini və məsələ ilə bağlı istintaq başlanıldığı qeyd edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ