SON DƏQİQƏ

Ərəblərdən türk seriallarına QADAĞA

Tarix:

6-03-2018, 00:04

/ 10 347 dəfə oxundu.
Ərəblərdən türk seriallarına QADAĞA

Səudiyyə Ərəbistanının aparıcı teleholdinqi MBC ərəb telekanallarında türk seriallarının yayımını qadağan edib.

Gunaz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda teleholdinqin nümayəndəsi Mazen Hayek yerli “Sabk” elektron qəzetinə bildirib.

Onun sözlərinə görə, qadağa Türkiyədə çəkilən bütün seriallara aiddir. Qadağa martın 2-də qüvvəyə minir. Teleholdinqin nümayəndəsi qeyd edib ki, ərəb auditoriyası tərəfindən sevilən türk seriallarının yayımına qoyulan qadağa yerli serialların çəkilməsini dəstəkləmək arzusu ilə bağlıdır.

MBC 1991-ci ildə Londondan peyk vasitəsilə ərəb dilində yayımlanan ilk xüsusi telekanaldır. 2002-ci ildə baş ofisi Dubaya köçürülən Mərkəzin hazırda 11 kanalı fəaliyyət göstərir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ