SON DƏQİQƏ
» » "Qış sərt üzünü göstərməmiş getməyəcək" -XƏBƏRDARLIQ

"Qış sərt üzünü göstərməmiş getməyəcək" -XƏBƏRDARLIQ

Tarix:

23-02-2018, 10:20

/ 1 031 dəfə oxundu.
"Qış sərt üzünü göstərməmiş getməyəcək" -XƏBƏRDARLIQ

Sinoptiklər vaxt verdilər.

Gunaz.az məlumat verir ki,yaxın günlərdə bütün Avropa buz bağlayacaq. Rusiyanın Sibir bölgəsində formalaşan hava kütlələri bir neçə günə bütün Avropaya yayılacaq.

Mərkəzi və Şərqi Avropa da ayın son günlərində -15 dərəcəyə kimi şaxtaların olacağı gözlənilir. Sibir havası Türkiyəyə də çatacaq.

Rusiyalı sinoptiklər bu il qışın gec, lakin sərt gəldiyini açıqlayıblar. "Qış gec gəldi, amma sərt üzünü göstərməmiş getməyəcək. Sibir soyuqları yaxın günlərdə Moskva, Belarus, sonra isə Almaniya və digər ölkələrə yayılacaq. Həftəsonu temperatur -12 dərəcəyə kimi enəcək".

Avropanın cənubuna doğru hərəkət edəcək soyuq hava kütləsi Yunanıstan, İtaliya kimi Aralıq dənizi sahilli ölkələrində bir aylıq yağıntının bir necə düşməsinə səbəb olacaq.

Yağıntılı hava Türkiyə ərazisinə də keçəcək. Bəzi bölgələrdə isə hətta sərt hava özünü fırtına şəklində göstərəcək. Soyuq havanın martın əvəllərində də davam edəcəyi ehtimal edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ