SON DƏQİQƏ

Suriyadan Türkiyəyə raket atıldı

Tarix:

31-01-2018, 11:35

/ 762 dəfə oxundu.
Suriyadan Türkiyəyə raket atıldı

Bu gün Afrindən Türkiyənin Hatay şəhərinin Reyhanlı qəsəbəsinə 2 raket atılıb.

Gunaz.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, raketlərdən biri evə düşüb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

YPG-li terrorçuların Afrindən atdığı raketin evə düşməsi nəticəsində ölən şəxs 17 yaşlı qızdır.

 

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları və polislər cəlb edilib. Yaralı xəstəxanaya çatdırılıb.

 

Qeyd edək ki, "Zeytun budağı" əməliyyatının başladığı gündən Kilisə 20 raket atılıb, 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ