Hindistanlı arıçının pətəkdəki arılarla etdiyi şou böyük marağa səbəb olub.
Gunaz.az -a verilən xəbərə görə, Hindistanda yaşayan arıçı Suk Məhəmməd Dalal 15 ildir ki, arılar saxlayır. O, qorxmadan həmin arıları ovucuna yığıb koftasının içinə doldurur. Arıçı Məhəmməd deyir ki, arılar onun immunitet sistemini gücləndirir. Bəzən arıların hücumuna məruz qaldığını deyən arıçı kiçik şişliklərlə heç bir ağrı hiss etmədiyini vurğulayıb.