Dağıstanda naməlum şəxslər Hasavyurt rayonunun Muçalaul kənd məscidinin imamını güllələyiblər.
Gunaz.az xəbər verir ki, Bu barədə TASS-a Respublikanın hüquq-mühafizə orqanlarından məlumat verilib.
“Məscidin imamı öz evi yaxınlığında öldürülüb. İlkin məlumata əsasən, əvvəl naməlum şəxslərlə münaqişə olub, daha sonra onu güllələyiblər”, - agentliyin mənbəsi bildirib.
O qeyd edib ki, imama Makarov tapançasından yeddi güllə buraxılıb.
Mənbə həmçinin əlavə edib ki, hadisə yanvarın 6-da saat 22:00 radələrində baş verib.