SON DƏQİQƏ
» » ABŞ təmsilçisi: Biz istədiyimizi edə bilərik

ABŞ təmsilçisi: Biz istədiyimizi edə bilərik

Tarix:

10-12-2017, 22:03

/ 1 048 dəfə oxundu.
ABŞ təmsilçisi: Biz istədiyimizi edə bilərik

ABŞ öz səfirliklərini köçürmək məsələlərində istədiyini etmək hüququna malikdir. 
Gunaz.az oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ səfirliyinin Təl-Əvivdən Qüds şəhərinə köçürülməsini şərh edərkən ölkənin BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.
“Biz öz səfirliklərimizi yerləşdirmək məsələlərində ürəyimiz istəyən hər bir şeyi etmək hüququna malikik”, - Fox News Heylinin sözlərini sitat gətirir.
O qeyd edib ki, “BMT-nin Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyət İsraili hədələməklə sülh prosesinin tənzimlənməsinə kömək etmədiyini başa düşməlidir”. 
“Biz həm israillilərə, həm də fələstinlilərə qarşı ədalətli olmalıyıq”, - deyə diplomat əlavə edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ