SON DƏQİQƏ
» » Ərdoğan yəhudilərə tarixi xatırlatdı: Biz qapı açdıq

Ərdoğan yəhudilərə tarixi xatırlatdı: Biz qapı açdıq

Tarix:

10-12-2017, 16:51

/ 1 242 dəfə oxundu.
Ərdoğan yəhudilərə tarixi xatırlatdı: Biz qapı açdıq

Mövqeyimizi həmsöhbətlərimizn kimliyinə görə yox, haqlı-haqsız olduğuna baxaraq müəyyənləşdiririk. Zalım öz qardaşımız da olsa, qarşısına çıxmaqdan çəkinmirik

Gunaz.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. O tarix boyu türklərin yəhudilərə dəstək olduğunu bildirib.

“Ey İsrail, 1492-ci ildə yəhudilər İspaniyadan köç etməyə məcbur ediləndə onlara qapılarını açan biz olduq. 19-cu əsrdə yəhudilər Rusiyada məruz qaldıqları təzyiq qarşısında qurtuluşu Osmanlıya sığınmaqda gördülər.

Biz məzlumların yanında olmağa davam edəcəyik. İlk qibləmiz, göz bəbəyimiz Qüds məsələsində bütün imkanlarımızdan sonuna qədər istifadə edəcəyik. ABŞ-ın bu addımını həm beynəlxalq hüquqa, həm də insanlığa ziddir. Trampın açıqlaması bizim üçün yox hökmündədir”, - Ərdoğan qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ