SON DƏQİQƏ
» » Valideynləri üçün darıxan uşaqlar avtobusun altında 80 km yol qət etdi - FOTO

Valideynləri üçün darıxan uşaqlar avtobusun altında 80 km yol qət etdi - FOTO

Tarix:

29-11-2017, 08:02

/ 1 199 dəfə oxundu.
Valideynləri üçün darıxan uşaqlar avtobusun altında 80 km yol qət etdi - FOTO

Çində başqa bir əyalətdə işləməyə gedən ana-atalarını görmək istəyən 2 uşaq qəribə üsula əla atıblar.

Gunaz.az xəbər verir ki, onlar əyalətə gedən avtobusun altında gizlənərək 80 km yol qət ediblər. Azyaşlıların vücudları olduqca arıq olduğu üçün avtobusun altına rahatlıqla yerləşiblər.

Uşaqların itkin düşməsi barədə polisə məlumat verilib və onlar elə həmin gün avtobusların saxlandığı qarajda tapılıb və qohumlarına təslim edilib.

Azyaşlıların fotoları qısa zamanda sosial mediada minlərlə insan tərəfindən paylaşılıb və mövcud sistem qınanılıb.

Qeyd edək ki, Çinin, xüsusilə, dəniz sahili bölgələrində yaşayan əhalisi ailələrini tərk etmək məcburiyyətində qalaraq uzaq bölgələrə işləməyə gedir.(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ