SON DƏQİQƏ

Suriyada qətliam: 60 nəfər öldürüldü

Tarix:

24-10-2017, 18:54

/ 825 dəfə oxundu.
Suriyada qətliam: 60 nəfər öldürüldü

İŞİD terrorçuları Suriyanın Karyatayn şəhərinə hücum edib.

Gunaz.az xəbər verir ki, terroçular 60 nəfəri qətlə yetirib. Xeyli yaralı və itkin düşənlərin olduğu bildirilir.

Qeyd edək ki, ötən həftənin axırlarında Suriya ordusu bu şəhəri İŞİD-dən geri almışdı. Bəşər Əsəd şəhərə tam nəzarəti bərpa etməmiş İŞİD qəfil hücumla şəhəri yenidən əlinə keçirib və orada qətliam törədib.

İngiltərədə fəaliyyət göstərən Suriya İnsan Haqları Təşkilatı bəyan edib ki, qətliam zamanı ölənlərin çoxu ictimai fəaliyyətlə məşğul olan şəxslər olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ