SON DƏQİQƏ
» » ABŞ agenti dəhşəti terrorun qarşısını aldı

ABŞ agenti dəhşəti terrorun qarşısını aldı

Tarix:

8-10-2017, 14:52

/ 967 dəfə oxundu.
ABŞ agenti dəhşəti terrorun qarşısını aldı

İŞİD terror qruplaşmasının 3 üzvü Nyu Yorkda terakt təşkil edərək yeni “11 sentyabr” yaratmaq istəyiblər.
Gunaz.az xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi bəyanat yayıb.
Terakt İŞİD tərəfindən 2016-cı il Müqəddəs Ramazan bayramı ərəfəsində planlaşdırılıbmış. Terrorçular Tayms meydanında və metroda partlayıcı yerləşdirmək, konsert yerlərində toplaşanlara atəş açmaq niyyətində olublar. Hazırlıqların gedişində onlar 2015-ci ilin noyabrında Parisdə və 2016-cı ilin martında Brüsseldə baş verən terror aktlarının ssenarisindən istifadə ediblər.
Nazirliyin məlumatına görə, terakt törətməyə hazırlaşan hər 3 şəxs həbs olunub. Onlardan biri günahkar olduğunu artıq boynuna alıb. Saxlanılanlardan 2-si ABŞ və Kanada vətəndaşlarıdır və 19 yaşları var. Filippindən olan digər terrorçunun isə 37 yaşı var.
Qanlı terrorun qarşısı qrupun arasına sızmağı bacaran FTB agenti sayəsində alınıb.
Xatırladaq ki, 11 sentyabr 2001-ci ildə Birləşmiş Ştatlarda Əl-Qaidə üzvləri tərəfindən 4 sərnişin təyyarəsini qaçırılıb. Təyyarələrdən 2-si Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılıb. Qaçırılan digər iki təyyarədən biri Pentaqon binası yaxınlığında, o biri isə Pensilvaniyada yerə çırpılıb. 11 sentyabr teraktı nəticəsində təxminən 3 min insan həlak olub.
скачать dle 12.1

Şərhlər