SON DƏQİQƏ

Las-Veqasda qorxu və ölüm – FOTOREPORTAJ

Tarix:

2-10-2017, 20:57

/ 1 404 dəfə oxundu.
Las-Veqasda qorxu və ölüm – FOTOREPORTAJ

Amerikalı təqaüdçü Stiven Peddok Las-Veqasda 50-dən çox musiqi festivalı iştirakçısını güllələyib. O, Mandalay Bay hotelinin 32-ci mərtəbəsindən insanlara atəş açıb. Xüsusi təyinatlı dəstə nömrəyə girəndə Peddok artıq özünü güllələmişdi. Onun otağında 10-dan çox tüfəng aşkarlanıb.
64 yaşlı amerikalının cinayət motivi hələlik məlum deyil. Polisin məlumatına görə, o Las-Veqasdan 1 saatlıq məsafədə yaşayırdı. 
Gunaz.az ABŞ tarixində ən dəhşətli qətliamlardan birinin baş verdiyi yerdən fotoreportajı təqdim edir:
Foto: David Becker / Getty Images
İnsanlar hadisə yerində qaçırlar
Foto: Chase Stevens / Las Vegas Review-Journal via AP
Konsert iştirakçıları Tropicana hotelində yaralı qadına kömək edirlər. Atəş səsini eşidən bir çox qonaqlar məhz bu hotelə qaçıblar. 
Foto: David Becker / Getty Images
Son məlumata əsasən 50 nəfər atışmanın qurbanı olub, ölənlərin sayının artacağı istisna edilmir
Foto: David Becker / Getty Images
Yaralılara ilk köməyi festivalın digər iştirakçıları ediblər
Foto: David Becker / Getty Images
Route 91 musiqi festivalının keçirildiyi Mandalay  kazinosunun yaxınlığında meydan
Foto: David Becker / Getty Images
İnsanlar atəşin hansı tərəfdən açıldığını bilmirdilər
Foto: David Becker / Getty Images
Bəziləri yerində qalaraq gizlənməyə, digərləri isə qaçaraq xilas olmağa çalışıblar.
Foto: David Becker / Getty Images
400 nəfərdən çox insan yaralanıb, onlardan əksəriyyətinin vəziyyəti ağırdır.
Foto: Paul Buck / EPA
Yerli sakinlər zərərçəkənlərə yemək və gecələməyə yer təklif ediblər. Sosial şəbəkələrdə “Srtipdən (kazinonun yerləşdiyi küçə) 10 dəqiqəlik məsafədə yaşayıram. Hər kəsə kömək etməyə hazıram!” kimi paylaşımlar yayılıb.
Foto: David Becker / Getty Images
ABŞ hökuməti hadisəni hələlik terror aktı kimi qiymətləndirməyib. Polis dəhşətli cinayətin motivlərini araşdırır.
(OXU.AZ)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ