SON DƏQİQƏ

Tramp Merkeli təbrik etdi

Tarix:

29-09-2017, 16:11

/ 1 093 dəfə oxundu.
Tramp Merkeli təbrik etdi

ABŞ Prezidenti Donald Tramp Almaniyadakı parlament seçkilərində qələbə qazanan kansler Angela Merkelə zəng edərək, seçkilərdə qazandığı uğurdan dolayı təbrik edib.

GUNAZ.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb.

"Prezident Tramp telefon danışığı zamanı iki ölkə arasındakı dərin bağlardan danışıb və ABŞ-ın alman xalqı, hökuməti ilə birliyini vurğulayıb. O, həmçinin, İranın bölgədəki zərərli addımlarından, Koreya yarımadasının nüvəsizləşdirilməsindən söz açıb”, - açıqlamada deyilir.
Qeyd edək ki, Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin Xristian Demokrat Birliyi partiyası 4-cü dəfə qalib gəlib. Merkelin partiyası seçicilərin 32.5 faizinin səsini toplayıb. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ