SON DƏQİQƏ

Rusiya "Facebook"a qadağa qoymaq istəyir

Tarix:

26-09-2017, 16:59

/ 602 dəfə oxundu.
Rusiya "Facebook"a qadağa qoymaq istəyir

Əgər "Facebook" Rusiyada qüvvədə olan şəxsi məlumatların lokallaşdırılması barədə qanunun tələblərini yerinə yetirməzsə, 2018-ci ildən etibarən onun bu ölkədəki fəaliyyətinə xitam veriləcək.
Bu barədə APA "Russia Today" telekanalına istinadən məlumat yayıb.  Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Federal Xidmətinin rəhbəri Aleksandr Jarov bildirib.
"Qanun hamı üçün icbaridir. Biz ya qanunun tələblərinin yerinə yetirilməsinə nail olacağıq, ya da "Facebook" "Linkedin" kimi Rusiya ərazisindəki fəaliyyətini dayandıracaq", - deyə o qeyd edib.
Onun sözlərinə görə, 2018-ci ildə məsələyə tam aydınlıq gətiriləcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ