SON DƏQİQƏ
» » spaniya parçalanır: Katalonlar ayağa qalxdı - Foto

spaniya parçalanır: Katalonlar ayağa qalxdı - Foto

Tarix:

12-09-2017, 00:17

/ 1 879 dəfə oxundu.
spaniya parçalanır: Katalonlar ayağa qalxdı - Foto

İspaniyanın Barselona şəhərində minlərlə insanın iştirakı ilə Kataloniyanın milli bayramı sayılan “Diada bayramı” münasibətilə mitinq keçirilib.

GUNAZ.az xəbər verir ki, iştirakçılar yerli vaxtla 17:14-də meydana toplaşaraq nümayişə başlayıblar.

Məlumata görə, bayramın keçirilməsi üçün 1800-ə yaxın avtobus kataloniyalıları Barselona şəhərinə daşıyıb.

Qeyd edək ki, sözügedən bayram 1714-cü ildən ispanların Kataloniyanı işğal etməsindən sonra keçirilir.

Bundan əlavə, sentyabrın 6-da keçirilməsi nəzərdə tutulan Kataloniyanın müstəqillik referendumu rəsmi Madrid tərəfindən qeyri-qanuni sayılaraq təxirə salınmışdı.

Daha sonra referendum tarixi 1 oktyabra təyin edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ