SON DƏQİQƏ

İranın ali lideri 1166 məhbusu əfv etdi

Tarix:

7-09-2017, 22:41

/ 1 021 dəfə oxundu.
İranın ali lideri 1166 məhbusu əfv etdi

İranın ali lideri ayətullah Əli Xamneyi Qurban bayramı münasibətilə 1166 məhbusun əfv edilməsi və cəzalarının yüngülləşdirilməsi barədə elan edib.
GUNAZ.az Trend-ə istinadən bildirir ki, bu haqda İranın ali liderinin rəsmi saytı xəbər verib.
Məlumata görə, İranın məhkəmə hakimiyyətinin rəhbəri Sadek Amoli Laricani məhkumların əfv edilməsi və cəzaların yüngülləşdirməsi haqda Ayətullah Xamneyiyə müraciət göndərib. İranın ali lideri İd əl-Adxa və Qədir Xum bayramları ilə əlaqədar müraciətə razılıq verib.

скачать dle 12.1

Şərhlər