SON DƏQİQƏ
» » Ərdoğan Bakıya Nazarbayevlə görüşdükdən sonra gələcək

Ərdoğan Bakıya Nazarbayevlə görüşdükdən sonra gələcək

Tarix:

5-09-2017, 15:42

/ 1 773 dəfə oxundu.
Ərdoğan Bakıya Nazarbayevlə görüşdükdən sonra gələcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya Qazaxıstana səfər etdikdən sonra gələcək.
GUNAZ.az bildirir ki. bu barədə Türkiyənin "Daily Sabah” qəzeti yazıb.
Xatırladaq ki, sentyabrın 10-11-i tarixlərində Ərdoğan iki günlük səfərlə Azərbaycana gəlməli idi. Həmin günlər ərzində Azərbaycan-Türkiyə yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının 6-cı iclasının keçirilməsi nəzərdə tutulmuşdu. Lakin sonradan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirdi ki, Ərdoğanın səfəri dövlət başçısının iş qrafikində baş vermiş dəyişikliklərlə bağlı təxirə salınıb.
"Daily Sabah” yazır ki, sentyabrın 8-dən 10-na qədər Ərdoğan Qazaxıstanda səfərdə olacaq və burada ölkə prezidenti Nursultan Nazarbayevlə görüşəcək.
Bir həftə sonra isə Ərdoğan Nyu-Yorkda BMT-nin Baş Assambleyasında iştirak edəcək. Bu tədbir 19-25 sentyabr tarixlərində keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ