İsrail işğala son qoymalıdır. GUNAZ.azxəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla keçirdiyi görüşdə deyib.
"Regionda tam sülh və əmin-amanlığın yolu məlumdur. Bu yol 1967-ci ilin sərhədləri daxilində həllini tapmalıdır. Problemin həlli təkcə fələstinli qardaşlarımıza deyil, İsrailin də xeyrinədir. Sülhə dəstək verməyə hazırıq", - Ərdoğan qeyd edib.//axar