Hindistanda dini təriqət liderinin həbsinə qarşı etiraz - 29 nəfər öldü
Tarix:
26-08-2017, 17:10
/ 4 875 dəfə oxundu.
Hindistanda Quru Ram Rahimin iki qadına təcavüz etməkdə günahlandırılması ölkədə böyük etirazlara səbəb olub. Yüzlərlə insan həbs olunub. Bəzi bölgələrə planlaşdırılan qatar səfərləri ləğv olunub. Baş verən qarşıdurmalarda ölənlərin sayı 29-a çatıb. Quru Ram Rahimin həbsi ilə bağlı küçələrə axışan insanlarla polis arasında şiddətli toqquşma olub. Qeyd edək ki, sözügedən şəxs 7 il azadlıqdan məhrum edilib. Dünən başlayan aksiyalarda 200 minə yaxın etriazçı dövlət əhəmiyyətli binalara od vurub. Quru Ram Rahimin lideri olduğu təriqətin Hindistanda 60 milyona yaxın tərəfdarı mövcuddur.