
Qırğızıstanda 5 bal gücündə zəlzələ baş verib.
GUNAZ.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Qazaxıstanın Alma-Ata şəhərindən 371 km cənub-qərbdə, Qırğızıstan ərazisində, ocağı isə 5 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.































