Rusiyada bıçaqlı hücum: 8 adamı yaralayan öldürüldü
Tarix:
19-08-2017, 15:47
/ 2 460 dəfə oxundu.
Rusiyanın Surqut şəhərində bıçaqlı bir kişi ətrafındakılara hücum edib. 8 nəfər yaralanan təcavüzkar, polis tərəfindən öldürülüb. Yaralılar xəstəxanaya çatdırılıb. Təhlükəsizlik qüvvələri hücum edənin şəxsiyyətini və hücumun səbəbini araşdırır. Hadisə baş verən ərazidə güvənlik tədbirləri artırılıb.
Bu hadisə Avropada son 24 saat içində baş verən 3-cü terraktdır. İlk öncə İspaniyanın Barselona şəhərində, daha sonra Fillandiyada və bu gün isə Rusiyanın Surqut şəhərində təcavüzkar şəxs tərəfindən ətrafında olan insanlara hücumlar olub. Hadisələr nəticəsində ümumilikdə 16 nəfərin öldüyü qeyd edilir.