Moskvanı qan gölünə çevirəcəkdilər - FTX-dən ƏMƏLİYYAT
Tarix:
14-08-2017, 16:59
/ 2 905 dəfə oxundu.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror qruplaşmasının üzvlərini saxlayıb. GUNAZ.az"RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, terrorçular paytaxt Moskvada nəqliyyatın obyektləri və böyük ticarət mərkəzlərində terror aktlarını planlaşdırırdılar.
Tutulanlardan biri İŞİD-in emissarı, partlayıcı qurğuların istehsalı üzrə mütəxəssis və terror aktlarının hazırlığı üzrə kuratordur. Digər iki terrorçunun isə kamikadze olduğu bildirilir.
Qeyd edilir ki, terror qrupu Rusiya və Mərkəzi Asiya dövlətlərinin vətəndaşlarıdır.