SON DƏQİQƏ
» » 60 ildən sonra o dağa dövlət bayrağı sancıldı

60 ildən sonra o dağa dövlət bayrağı sancıldı

Tarix:

3-08-2017, 20:57

/ 3 426 dəfə oxundu.
60 ildən sonra o dağa dövlət bayrağı sancıldı

İran 60 ildən sonra Qəndil dağının ona aid hissəsinə dövlət bayrağını sancıb.
GUNAZ.az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyasının komandirlərindən biri Sərdar Şəkuri bildirib.
Onun sözlərinə görə, İranın sərhəddə təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilən hazırlıqları uğurla başa çatıb.
Qəndil dağının böyük bir hissəsi İraq ərazisində, qalanı isə İranda yerləşir.
Qeyd edək ki, terrorçu PKK qruplaşmasının İrandakı qolu olan PJAK və "Komil”in qanunsuz silahlı dəstələri ilə İslam Respublikasının hərbçiləri arasında uzun illərdir silahlı qarşıdurma mövcuddur. 2011-ci ildə PJAK-la İran hərbçiləri arasında atışma bir neçə ay davam etmiş, bundan sonra rəsmi Tehranla terrorçu PKK arasında atəşkəsə dair razılıq əldə edilmişdi (report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ