ABŞ Dövlət departamentindən erməni vəhşiliyi ilə bağlı açıqlama
Tarix:
7-07-2017, 08:38
/ 4 158 dəfə oxundu.
Münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər.
Gunaz.azTrend-ə istinadən bildirir ki, bu haqda ABŞ Dövlət departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Nauer iyulun 6-sı brifinqdə deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar əvvəlki kimi iyulun 4-də Dağlıq Qarabağ Münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakin, o cümlədən 2 yaşlı uşağın həlak olmasından dərin narahatdır:
"Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz bu qurbanların ailələrinə bizim səmimi başsağlığımızı bildirmək istərdik"
Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar masasına qayıtmağa çağırır.
Hizer Nauer qeyd edib ki, münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər.