SON DƏQİQƏ
» » Dövlət Departamentindən Qarabağ çağırışı

Dövlət Departamentindən Qarabağ çağırışı

Tarix:

22-06-2017, 00:01

/ 5 794 dəfə oxundu.
Dövlət Departamentindən Qarabağ çağırışı

Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulmasından narahatdır və tərəfləri gərginliyi azaltmağa çağırıb.
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyertin rəsmi bəyanatında bildirilir.
"Birləşmiş Ştatlar ötən həftə təmas xəttində çoxsaylı qurbanlara səbəb olan atəşkəsin pozulması hallarından dərin narahatçılıq hissi keçirir. Biz Ermənistan və Azərbaycanı təmas xətti boyunca gərginliyin azaldılması üzrə tədbirlər görməyə və belə hallardan yayınmağa çağırırıq", - deyə bəyanatda qeyd olunur.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər