SON DƏQİQƏ

Tramp maliyyə hesabatını açıqladı

Tarix:

17-06-2017, 14:53

/ 3 874 dəfə oxundu.
Tramp maliyyə hesabatını açıqladı

ABŞ prezidenti Donald Tramp 2016-cı il üzrə maliyyə hesabatını açıqlayıb.
Tramp prezident vəzifəsinin icrasına başladığı vaxtdan bəri ilk dəfə olaraq maliyyə məlumatlarını ictimaiyyətə təqdim edir. 
Sənəddə bildirilir ki, Tramp Vaşinqtondakı oteldən 19,7 milyon gəlir əldə edib. Amerika prezidenti Çin liderini qəbul etdiyi, həmçinin Suriyaya raket zərbələri endirilməsi ilə bağlı əmr verdiyi Florida ştatındakı Mar-a-Laqo kurortundan 37,2 milyon dollar qazanıb.
Qolf sahələrindən əldə etdiyi qazanc isə 298 milyon dollar olub. Nyu-Cersi ştatındakı təkcə bir klubdan gələn gəliri 19,8 milyon dollar təşkil edib. Tramp kitabından əldə etdiyi qonararı da siyahıya daxil edib. Bu, 7 milyon dollar edib. 

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ