ABŞ-ın Türkiyədəki səfiri Con Bass Amerika polisinin prezident Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin və Türkiyə vətəndaşlarının həbsinə dair order verməsi ilə bağlı XİN-ə çağırılıb. GUNAZ.azxəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, rəsmi Ankara Vaşinqton polisinin Türkiyə prezidentinin mühafizəçilərinin həbsinə dair order verməsinə etiraz bildirib.
"ABŞ hökumətinin bəzi türk vətəndaşlarının, o cümlədən prezidentimizin mühafizəçilərinin mayın 16-da Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısındakı insidentlə əlaqədar həbsinə order verməsi məlum olduqdan sonra ABŞ-ın Ankaradakı səfiri XİN-ə, Türkiyə xarici işlər nazirinin müavini Ümit Yalçınla görüşə dəvət olunub. Səfirin diqqətinə çatdırılıb ki, bu qərar yanlış, qeyri-obyektivdir və hüquqi əsası yoxdur" – deyə səfirliyin yaydığı bəyanatda bildirilir. (report)