SON DƏQİQƏ
» » Ramazan ayında küçədə su içənlər cəzalandırıldı-İRANDA

Ramazan ayında küçədə su içənlər cəzalandırıldı-İRANDA

Tarix:

12-06-2017, 16:20

/ 4 588 dəfə oxundu.
Ramazan ayında küçədə su içənlər cəzalandırıldı-İRANDA

Qəzvin şəhərinin inqilab prokuroru İsmayıl Sadiqi Niyarəki hökumət tərəfindən tətbiq edilən orucluq qadağalarından və buna riayət etməyərək küçədə su içən, qida qəbul edən vətəndaşların cəzalandırılmasından danışıb.
O, son günlər Qəzvin şəhərində orucluq qadağalarına riayət etməyən 20 nəfərin cəzalandırıldığını bildirib:
"Hazırda Qəzvin şəhərində orucluq qadağalarını pozduqlarına görə ən azı 90 nəfər məsuliyyətə cəlb edilərək barələrində cinayət işi açılıb. Həmin şəxslərdən 20-si artıq cəzalandırılıb və onlara küçədə su içib qida qəbul etdiklərinə görə şallaq zərbələri vurulub.
İslam qanunlarına görə oruc tutmaq hamıya vacibdir. Lakin kimsə hansısa səbəbə görə oruc tuta bilmirsə, mübarək Ramazan ayının hörmətini saxlamalı, bununla bağlı qoyulan qadağalara riayət etməlidir. Elə buna görə də heç kəs ictimai yerlərdə açıq-aşkar su içməməli, yemək yeməməlidir. Əks təqdirdə, buna riayət etməyən vətəndaşlar cəzalandırılacaq”.
Qeyd edək ki, İranda Ramazan ayı boyunca iftardan əvvəl küçədə açıq-aşkar su içən, yemək yeyən və ya siqaret çəkənlər iki cür cəzalandırılır: Pul cəriməsi ödəyir və ya şallaq zərbəsinə məruz qalır.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ