İran Kəşfiyyat Nazirliyi Tehranda terror hücumu həyata keçirənlərin şəxsiyyətlərinin müəyyən olunduğunu açıqlayıb. Bu barədə "Tasnim” xəbər agentliyi məlumat yayıb.
Kəşfiyyat Nazirliyinin yaydığı açıqlamada fanatik və vəhhabi qruplarla əlaqəsi olduğu deyilən 5 terrorçunun İŞİD-ə qoşulduqdan sonra İrandan çıxdığı və Rakkada, Mosulda döyüşlərə qatıldığı bildirilir.
Məlumata görə, onlar 2016-cı ildə Əbu Aişə adlı bir İŞİD-çinin rəhbərliyi altında yenidən İrana girib, lakin planlaşdırdıqları terror cəhdi uğursuz olduğu üçün ölkədən qaçıblar.
Tehranı qana boyayan terrorçuların adlarının Firudin, Səryas, Əbucahad, Qəyyum və Ramin olduğu açıqlanıb.