İranda terroru törədən şəxslərin adı açıqlandı

İranda terroru törədən şəxslərin adı açıqlandı
İran Kəşfiyyat Nazirliyi Tehranda terror hücumu həyata keçirənlərin şəxsiyyətlərinin müəyyən olunduğunu açıqlayıb.
Bu barədə "Tasnim” xəbər agentliyi məlumat yayıb.
Kəşfiyyat Nazirliyinin yaydığı açıqlamada fanatik və vəhhabi qruplarla əlaqəsi olduğu deyilən 5 terrorçunun İŞİD-ə qoşulduqdan sonra İrandan çıxdığı və Rakkada, Mosulda döyüşlərə qatıldığı bildirilir.
Məlumata görə, onlar 2016-cı ildə Əbu Aişə adlı bir İŞİD-çinin rəhbərliyi altında yenidən İrana girib, lakin planlaşdırdıqları terror cəhdi uğursuz olduğu üçün ölkədən qaçıblar.
Tehranı qana boyayan terrorçuların adlarının Firudin, Səryas, Əbucahad, Qəyyum və Ramin olduğu açıqlanıb.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt